Biz birlikdə güclüyük!

28-29 aprel tarixlərində Şamaxı Rayon Təhsil Şöbəsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şamaxı rayon Komitəsinin təşəbbüsü ilə rayon mərkəzində və rayonun 41 qəsəbə və kəndində yaşayan 125 aztəminatlı ailəyə ərzaq yardımı göstərilmişdir.
ƏtraflıNazirlər Kabineti yanında Operativ Qərargah Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə brifinq keçirir

.
ƏtraflıTəhsil naziri AzTV-nin "Hədəf" verilişində

Təhsil naziri Ceyhun Bayramov AzTV-nin "Hədəf" verilişində qonaq olub.
Ətraflı
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Ətraflı“Tir atışı” idman növü üzrə rayon birinciliyi keçirilib

24 fevral tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin, Şamaxı Gənclər və İdman İdarəsi və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı Olimpiya Mərkəzində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Tir atışı” idman növü üzrə rayon birinciliyi keçirilib.
ƏtraflıBeynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilib

21 fevral tarixində Şamaxı İncəsənət Təhsili Mərkəzində Şamaxı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimiz varlığımızdır” adlı tədbir keçirilmişdir.
ƏtraflıŞamaxı məktəbliləri Azərbaycan Texniki Universitetində ekskursiyada olublar

20 fevral tarixində Şamaxı şəhər 1 saylı tam orta məktəb və Şamaxı Avropa liseyinin texniki təmayüllü siniflərində təhsil alan X və XI sinif şagirdlərinin bir qrupu Azərbaycan Texniki Universitetində ekskursiyada olublar. Şagirdlər universitetdə auditoriya, kafedra və laboratoriyalarla yaxından tanış edilərək, müəllimlər tərəfindən onlara geniş izahatlar verilib.
ƏtraflıRayonun ingilis dili müəllimləri və bir qrup X sinif şagirdləri ilə FLEX proqramı haqqında məlumat xarakterli görüş keçirilib

19 fevral tarixində Şamaxı Şəhər Təhsili İncəsənət Mərkəzində Beynəlxalq Təhsil üzrə Amerika Şurasının Azərbaycan üzrə ölkə direktoru Codi Blankenşıp, Bilik Gücdür/Access proqramının koordinatoru və FLEX proqramının məzunu Aysel Həsənova və Amerikanın Seattle Universitetinin müəllimi Günel Cənnətova rayonun ingilis dili müəllimləri və bir qrup X sinif şagirdləri ilə FLEX proqramı haqqında məlumat xarakterli görüş keçiriblər.
ƏtraflıRegional müşavirə keçirilib

Fevralın 18-də Şamaxı şəhərində “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” Təhsil nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar regional müşavirə keçirilib.
Ətraflı“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

VIII-XI sinif şagirdləri üçün “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.
Ətraflı“Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə

Fevralın 14-də Təhsil Texnologiyaları Mərkəzində Təhsil Nazirliyinin aparatının əməkdaşları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə “Ümumi təhsil: mövcud vəziyyət və gələcək hədəflər” mövzusunda müşavirə keçirilib.
Ətraflı“Voleybol” idman növü üzrə rayon birinciliyi keçirilib

8 fevral tarixində şəhər 9 saylı tam orta məktəbin idman zalında məktəblilərin spartakiadasının proqramına daxil olan “Voleybol” idman növü üzrə rayon birinciliyi keçirilib.
ƏtraflıNövbəti təhsilyanı şura keçirilib

6 fevral tarixində Şamaxı Rayon Təhsil Şöbəsində növbəti təhsilyanı şura keçirilib.
ƏtraflıTəhsil Nazirliyində mətbuat konfransı
Təhsil naziri Ceyhun Bayramovun 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilmiş mətbuat konfransı