Şamaxı Rayon Təhsil Şöbəsi 1920-ci ildən fəaliyyət göstərir.İlk olaraq Şamaxı Rayon Maarif Komissarlığı adı ilə fəaliyyət göstərsədə sonradan Şamaxı Rayon Maarif Şöbəsi,daha sonralar isə Şamaxı Rayon Təhsil Şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.Şamaxı Rayon Təhsil Şöbəsinin strukturunda müdir,məsləhətçilər,metodkabinet və mühasibatlıq fəaliyyət göstərir.Şamaxı Rayon Təhsil Şöbəsinin tabeçiliyində 70 tədris müəssisəsi vardır.Bunlar 1 lisey,49 tam orta,16 ümumi orta,2 ibtidai və 2 məktəbdənkənar müəssisəsidir.