24 fevral tarixində Şamaxı Rayon Təhsil Şöbəsinin, Şamaxı Gənclər və İdman İdarəsi və Şamaxı Olimpiya Mərkəzinin birgə təşkilatçılığı ilə Şamaxı Olimpiya Mərkəzində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunan “Tir atışı” idman növü üzrə rayon birinciliyi keçirilib. Gərgin və maraqlı keçən idman mübarizəsindən sonra I yerə şəhər 9 saylı, II yerə Şamaxı Avropa liseyi, III yerə isə Şamaxı THTFT liseyinin komandaları layiq görüldülər. Qaliblər Şamaxı RTŞ-si və Şamaxı Olimpiya Mərkəzi tərəfindən medal, diplom və kubokla təltif edildilər.