19.02.2020

Rayonun ingilis dili müəllimləri və bir qrup X sinif şagirdləri  ilə  FLEX proqramı  haqqında məlumat xarakterli görüş keçirilib

19 fevral tarixində Şamaxı Şəhər Təhsili İncəsənət Mərkəzində Beynəlxalq  Təhsil üzrə Amerika Şurasının  Azərbaycan üzrə  ölkə direktoru Codi Blankenşıp, Bilik Gücdür/Access proqramının  koordinatoru və FLEX  proqramının məzunu Aysel  Həsənova və Amerikanın Seattle Universitetinin müəllimi Günel Cənnətova rayonun ingilis dili müəllimləri və bir qrup X sinif şagirdləri  ilə  FLEX proqramı  haqqında məlumat xarakterli  görüş keçiriblər.

Şamaxı RTŞ-nin təşkilatçılığı ilə keçirilmiş görüşdə RTŞ müdiri Namiq Nağıyev də iştirak edib.

Müəllim və şagirdlər üçün maraqlı  keçən görüşdə qeyd edilən proqram haqqında geniş məlumat verilərək, onları maraqlandıran suallar cavablandırılıb.