20.02.2020

Şamaxı  məktəbliləri Azərbaycan Texniki Universitetində ekskursiyada olublar

20 fevral tarixində Şamaxı şəhər 1 saylı tam orta məktəb və Şamaxı Avropa liseyinin texniki təmayüllü siniflərində təhsil alan X və XI sinif şagirdlərinin bir qrupu Azərbaycan Texniki Universitetində ekskursiyada olublar. Şagirdlər universitetdə auditoriya, kafedra və laboratoriyalarla yaxından tanış edilərək, müəllimlər tərəfindən onlara geniş izahatlar verilib.

Bundan əlavə univesitet rəhbərliyi və müəllimlər tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılaraq, onlara universitetdəki ixtisaslar haqqında məlumat verilib.

Şagirdlər üçün belə tədbirlərin davam etdirilməsi bundan sonra da nəzərdə tutulur.