Müsabiqənin rayon mərhələsində VIII-XI sinif şagirdləri 3 saat vaxt ərzində yazılı tapşırıq yerinə yetiriblər. Tapşırıqların cavabları müvafiq meyarlar əsasında qiymətləndiriləcək.
Müsabiqənin yekun turu isə mart-aprel aylarında Bakı şəhərində təşkil olunacaq. Finalda müsabiqə iştirakçıları 3 variantda təklif olunmuş mövzulardan birini seçərək inşa yazmalı və sorğu vərəqində onlara təqdim olunmuş 10 sualı yazılı cavablandırmalıdırlar.
İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. Hər bir iştirakçının yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.
Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.