RTŞ əməkdaşları tərəfindən keçirilən monitorinqlər davam edir

Şamaxı Rayon Təhsil Şöbəsi müdirinin imzaladığı əmrə əsasən rayon ümumtəhsil məktəblərində RTŞ əməkdaşları tərəfindən keçirilən monitorinqlər davam edir.

Ətraflı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

Ətraflı

Məktəbdənkənar fəaliyyətin istiqamətləri 

 

Məktəbdənkənar fəaliyyətin istiqamətləri təhsil müəssisələrində məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək, təhsil müəssisələrində məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək, təhsil müəssisələrində tərbiyə işinin təşkilinə və məktəbdənkənar təhsil sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.

Başlıca vəzifə isə məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkili, şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə    mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsindən ibarətdir.