11.02.2022

Ağsu Rayon Təhsil Şöbəsi və Ağsu Rayon Gənclər və İdman İdarəsi "Xocalı Soyqırımı"na həsr olunmuş onlayn şeir müsabiqəsi elan edir

Əziz məktəblilər!

Ağsu Rayon Təhsil Şöbəsi və Ağsu Rayon Gənclər və İdman İdarəsi "Xocalı Soyqırımı"na həsr olunmuş onlayn şeir müsabiqəsi elan edir. Hər birinizi müsabiqədə iştirak etməyə dəvət edirik.

Müsabiqənin şərtləri:

müsabiqə iştirakçıları səsləndirdikləri şeirlərin video görüntülərini və özləri haqqında qısa məlumatı ( ad, soyad, ata adı, oxuduğu məktəb və sinif ) 25.02.2022-ci il tarixədək Ağsu rayon Gənclər və İdman idarəsinin elektron poçt ünvanına və ya whatsapp hesabına göndərməlidirlər

hər bir iştirakçı müsabiqədə iştirak etmək üçün yalnız bir video görüntü ilə müraciət etməlidir

Müsabiqənin qalibləri Ağsu Rayon Təhsil Şöbəsi və Ağsu Rayon Gənclər və İdman İdarəsi tərəfindən mükafatlandırılacaqdır.

əlaqə: elektron poçt - agsugii@mys.az , Whatsapp - 055 750 34 62