Fevralın 19-da Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni müdir müavini təyin olunmuş Qasımov Həmid Şiraslan oğlu kollektivə təqdim olunub.
Təqdimat mərasimində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, regional idarənin əməkdaşları, həmçinin regional idarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarının müdirləri və əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Həmid Qasımov bundan əvvəl Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
Həmid müəllimi bu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edir, ona çətin və şərəfli işində uğurlar arzulayırıq.