11.03.2024

İsmayıllı rayonunda Psixo-pedaqoji-2024 adlı regional konfrans keçirilib

İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin akt zalında Psixo-pedaqoji-2024 adlı regional konfrans keçirilib. Konfransda İsmayıllı və regiona daxil olan digər rayonlarda çalışan psixoloq, uşaq birliyi rəhbəri və ibtidai sinif müəllimləri iştirak ediblər.

 

Konfransın keçirilməsində əsas məqsəd təhsil müəssisələrində çalışan psixoloqların biliklərinin artırılması və maarifləndirilməsidir.

 

Qeyd edək ki, konfrans İsmayıllı rayon Diyallı kənd tam orta məktəbinin psixoloqu Abbasova Şərəbanu Nuşirəvan qızı tərəfindən təşkil edilmişdir.


Açar sözlər: ,  ,  ,