27.02.2024

Rayon təhsil sektorlarının əməkdaşları ilə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsində regional idarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarının əməkdaşları ilə görüş keçirilib.

 

Şamaxı şəhər 2 nömrəli məktəbin akt zalında keçirilən görüşdə regional idarənin müdiri Rövşən Əliyev, idarənin müdir müavini Həmid Qasımov, idarənin əməkdaşları və ATİAHİ-nin rayon komitələrinin sədrləri iştirak ediblər.

 

Görüşdə cari və qarşıdakı görüləcək işlər müzakirə edilmiş, idarə müdiri və müdir müavini tərəfindən təhsil sektorunun əməkdaşlarına bir çox məsələlərlə əlaqəli tapşırıqlar verilərək, işlərində məsuliyyətli olmaları onların diqqətinə çatdırılıb.

 

Xüsusilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun imzası ilə məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı göndərilən müvafiq təlimatın tələblərinə əsasən məktəblərdə görülən işlər müzakirə edilmiş, bununla əlaqəli sektor müdirlərinə bu prosesə nəzarəti gücləndirmək tapşırığı verilmişdir.

 

Sonda təhsil işçilərinin sualları cavablandırılmışdır.


Açar sözlər: ,  ,