24.02.2024

İsmayıllı rayonunda yeni inşa edilən uşaq bağçası uşaqların istifadəsinə verilib

Yeni inşa edilən İsmayıllı şəhər 4 nömrəli uşaq bağçası bu gündən uşaqların istifadəsinə verilib. Bununla əlaqəli təşkil edilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, tərbiyəçi-müəllimlər və valideynlər iştirak ediblər.

 

Qeyd edək ki, İsmayıllı şəhər 4 nömrəli uşaq bağçası 100 uşaq yerlik olmaqla 1 korpus və 3 mərtəbədən ibarətdir. İlkin olaraq bağça 4 qrup üzrə fəaliyyət göstərəcək ki, həmin qruplarda 80 nəfər uşağın tərbiyəsi ilə 5 nəfər pedaqoji heyət məşğul olacaq.


Açar sözlər: ,  ,