Müsabiqə qaliblərinin təltif edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2015-2016-cı dərs ilində ölkənin ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin təltif olunması ilə əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Aşağıda adları göstərilən şagirdlər I, II, III dərəcəli diplomlar və tərifnamə ilə təltif edilsinlər:

I dərəcəli diplomla

 

1. Məsimova Mədinə Hacıbaba qızı - Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi

2. Qurbanova Aytac Cəlal qızı - Təhsil Nazirliyinin tabeliyindəki "Tərəqqi" texniki-humanitar liseyinin XI sinif şagirdi

3. Qaraxova Günay Məcid qızı - Qax şəhər 2 nömrəli məktəb-liseyin VIII sinif şagirdi

4. Bədəlova Lamiyə Habil qızı -   Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin IX sinif şagirdi

5. Atayeva Səmayə Nizami qızı - Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

 

II dərəcəli diplomla

 

1. Allahverənov Rəşid Samir oğlu - Bakı şəhəri 112 nömrəli tam orta məktəbin XI sinif şagirdi

2. Əlizadə Sevinc Elman qızı - Bakı şəhəri 299 nömrəli məktəb-liseyin IX sinif şagirdi

3. Vəliyeva Sevinc Bəxtiyar qızı - Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin IX sinif şagirdi

4. Xalıqova Fidan Mahmud qızı -  Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdi

5. Əlipaşayeva Ləman Mənsur qızı - Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın VIII sinif şagirdi

6. Həsənova Nərgiz Qurban qızı - Ağcabədi şəhəri 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi

7. Ramazanov Ramazan Şahid oğlu - Balakən şəhəri akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi

8. Məmmədli İbrahim Tofiq oğlu - Beyləqan rayonu Təbiət və humanitar fənlər təmayüllü liseyin XI sinif şagirdi

9. Məmmədova Ayşən Kənan qızı - Zaqatala  şəhəri Humanitar fənlər gimnaziyasının XI sinif şagirdi

10. Əhmədli Pərvin Məmmədalı qızı - Zərdab rayonu Sıxbağı kənd tam orta məktəbinin X sinif şagirdi

 

III dərəcəli diplomla

 

1. Ruzicəng Səbinə Eldar qızı - Naftalan şəhəri 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi

2. Ağazadə Tərlan Aydın oğlu - Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin X sinif şagirdi

3. Əhmədov Sənan Orxan oğlu - Ağdam rayonu 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

4. Əliyeva Ayişə Maarif qızı - Ağdaş şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

5. İsmayılova Aybəniz Eldəniz qızı - Ağstafa rayonu Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

6. Əliyeva İnci Tahir qızı - Beyləqan şəhəri 3 nömrəli tam orta məktəbin VIII sinif şagirdi

7. Bəşirova Fəridə Azər qızı - Goranboy rayonu Qızılhacılı qəsəbə 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

8. Əsədli Lalə İlham qızı - Hacıqabul şəhəri 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi

9. Musazadə Xalidə Əlöysət qızı - Kəlbəcər rayonu 98 nömrəli tam orta məktəbin X sinif şagirdi

10. Cəfərzadə Zərifə Eldar qızı - Laçın rayonu 28 nömrəli tam orta məktəbin XI sinif şagirdi

11. Əfəndiyeva Jalə Nəsimi qızı - Qax şəhəri 2 nömrəli məktəb-liseyin IX sinif şagirdi

12. Xankişiyeva Aysel Faiq qızı - Qusar şəhəri 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi

13. Həsənov Taleh Tahir oğlu - Salyan rayonu Yenikənd kənd tam orta məktəbinin XI sinif şagirdi

14. Salamova Laləgül İskəndər qızı - Şəki rayonu Kiş kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi

15. Xalıqov Ehtibar Ramiz oğlu - Xaçmaz rayonu Müqtədir qəsəbə tam orta məktəbinin XI sinif şagirdi

 

Tərifnamə ilə

 

1. Rəhmətova Fidan Məmmədəli qızı - Təhsil Nazirliyinin tabeliyindəki Bakı Avropa Liseyinin XI sinif şagirdi

2. Rəcəbova Nəzrin Ceyhun qızı - Bakı şəhəri 138 nömrəli tam orta məktəbin IX sinif şagirdi

3. Məmmədova Nigar Ziyət qızı - Gəncə şəhəri 18 nömrəli tam orta məktəbin X sinif şagirdi

4. Hüseynova Həcər Qafqaz qızı - Gəncə şəhəri 27 nömrəli məktəb-liseyin VIII sinif şagirdi

5. İsmayılova Şəbnəm Toğrul qızı - Mingəçevir şəhəri Texniki-humanitar liseyin VIII sinif şagirdi

6. Mahmudzadə Günay Samir qızı - Abşeron rayonu Fatmayı kənd tam orta məktəbinin XI sinif şagirdi

7. Qurbanova Nuranə Etibar qızı  - Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi

8. Əhmədli Mirvari Rövşən qızı - Cəbrayıl rayonu Soltanlı kənd tam orta məktəbin XI sinif şagirdi

9. Tahiri Əli Araz oğlu - Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin X sinif şagirdi

10. Ağayeva Lalə Xaspolat qızı - İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi

11. Babazadə Əli Siyab oğlu - Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbinin XI sinif şagirdi

12. Hüseynzadə İnarə Eldar qızı  – Lənkəran rayonu 2 nömrəli tam orta məktəbin X sinif şagirdi

13. Piriyeva Nübar Müzəffər qızı - Quba şəhəri 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin VIII sinif şagirdi

14. Allahverdiyeva Nurcan Elçin qızı - Quba şəhəri 2 nömrəli təbiət fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi

15. Həsənova Nurtac Mahir qızı - Saatlı rayonu Varxankənd kənd tam orta məktəbinin X sinif şagirdi

16. Bağırova Həmidə Ceyhun qızı - Şəmkir şəhəri Ə.Cavad adına tam orta məktəbin IX sinif şagirdi

17. Mahmudova Nərmin Rza qızı - Şabran şəhəri 4 nömrəli tam orta məktəbin X sinif şagirdi

18. Həmidova Əsmər Elşən qızı - Ucar şəhəri 1 nömrəli texniki-humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi

19. Əliverdiyeva Səbinə Rüstəm qızı - Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına  8 nömrəli məktəb-liseyin X sinif şagirdi

20. Quliyeva Piyalə Natiq qızı - Xocalı rayonu Cəmilli kənd  tam orta məktəbinin VIII sinif şagirdi

21. Qafarlı Mədinə Qafar qızı - Zəngilan rayonu 20 nömrəli tam orta məktəbin XI sinif şagirdi

 

2. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

3. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

4. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

 

Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 01.05.2015-ci il tarixli, 535 nömrəli əmri.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

24 may 2016-cı il

№352