26.05.2022

"STEAMERS-5" komandası "Teknofest Azərbaycan" festivalında 

İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri 26-29 may tarixlərində Bakı şəhərində keçirilən "Teknofest Azərbaycan" və "Texnologiya" festivalında "Baku Skills" müsabiqəsinin "A" kateqoriyasında 25 komanda ilə birlikdə 3D çap texnologiyaları üzrə öz bacarıqlarını nümayiş etdirərək yarışacaqlar.

 Qeyd edək ki, respublika üzrə seçilən 25 komandadan biri məhz İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin "STEAMERS-5" komandasıdır.