20.05.2022

Peşə siniflərinə tur təşkil edilib

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin və Qalacıq kənd tam orta məktəbinin peşə təmayüllü sinif şagirdləri əməkdaşlıq çərçivəsində görüş təşkil ediblər.

Şəhər 3 nömrəli məktəb-liseyin şagird peşə sinifinin bir qrup müəllim və şagirdi Qalacıq kənd tam orta məktəbində peşə təmayüllü sinifdə qonaq olaraq, onların fəaliyyəti ilə yaxından tanış olublar.

Görüşün keçirilməsində əsas məqsəd peşə təmayüllü siniflərə olan marağın artırılması, gələcəkdə daha çox şagirdin peşə təmayüllü siniflərə istiqamətləndirilməsidir.