20.12.2021

Azərbaycan əməkdaşlığa açıq ölkədir

Azərbaycan müstəqillik illərində həm dünyanın əksər ölkələri ilə , həm də beynəlxalq təşkilatlarla sıx əlaqələr qurub. Əlaqələr bu və ya digər ölkələrlə iqtisadi - ticarət , eləcə də, siyasi münasibətlər , qarşılıqlı faydalı əməkdaşlıq bu gün də uğurla davam etməkdədir. Şübhəsiz ki, Azərbaycanın dünyaya inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə bağlı çoxşaxəli siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur . Cənab İlham Əliyevin prezidentliyi dövründə isə istər ayrı-ayrı ölkələrlə, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr nəinki davam etdirilib, hətta daha da genişləndirilib.
    Xarici siyasətdə varislik ənənələrinin qorunması , diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırki çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. 2003-cü ilin oktyabrından respublikaya inamla rəhbərlik edən cənab İlham Əliyev Ulu Öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun davam etdirərək, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə , milli maraqlarını maksimum səviyyədə qorumasına nail olmuşdur.
    Respublikamızın bütün sahələrdə sürətlə inkişaf etməsi rəsmi Bakıya eyni zamanda xarici siyasət sahəsində də qarşıya qoyulmuş vəzifələri inamla gerçəkləşdirmək imkanı vermişdir.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətinin prioritet məqsədləri olaraq qalmışdır.
Azərbaycanın üzv olduğu mötəbər təşkilatlardan biri də İƏT-dir. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Azərbaycan beynəlxalq platformalarda o cümlədən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində dünya dövlətləriylə səmərəli əməkdaşlıq edir.

    Azərbaycan əməkdaşlığa açıq ölkədir. Azərbaycanda yerləşəcək İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin səmərəli fəaliyyətinin təmin edilməsi üçün lazımı dəstək göstəriləcəkdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən yüksək inkişaf dinamikasına malikdir. Bu inkişaf xarici investorların ölkəmizə olan marağını daha da artırır . Təsadüfi deyildir ki, son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borclarından 6 dəfə çoxdur. Ölkəmiz zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək regional əməkdaşlığa böyük töhfələr verməklə yanaşı , dünyanın xarici siyasətində dəyişikliklər edir. Soçi görüşü, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı dediklərimizin aydın mənzərəsini yaradır.

 


Açar sözlər: ,