25.11.2021

Eksternat qaydada imtahanların keçirilməsi barədə 

           Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 16 noyabr 2021-ci il tarixdən 15 dekabr 2021-ci il tarixədək eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında iştirak məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir. Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə  təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri Ağsu  RTŞ-yə təqdim etməlidirlər.

Ağsu  RTŞ müdirinin adına ünvanlanmış ərizənin  surəti  

1.Şəxsiyyət vəsiqəsinin surəti;

2.3x4 ölçüdə fotoşəkil;

3.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin)  surəti;

4.Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;

5.Hərbi xidmət haqqında sənədin skan olunmuş surəti.

6.Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.

Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə  əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. 

Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək  hüququ qazanırlar.