25.04.2026

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə “Əlaçı” intellektual oyununun seçim turu keçirilib

Şamaxı şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinif şagirdləri arasında Elm və Təhsil Nazirliyi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Əlaçı” intellektual oyununun seçim turu keçirilib.

‎Müsabiqədə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından ümumilikdə 104 nəfər IX sinif şagirdi iştirak edib.

‎Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak hüququ qazanacaqlar.