12.04.2026

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin ilk mərhələsi keçirilib

Aprel ayının 12-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan II-X sinif şagirdləri arasında Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçirilib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə baş tutan müsabiqədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 4 mərkəzdə 1042 nəfər şagird iştirak edib.

Qeyd edək ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində keçirilir. Müsabiqənin əsas məqsədi ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinin riyaziyyat üzrə bilik və bacarıqlarını qiymətləndirmək və onların riyaziyyata olan marağını artırmaqdır.