"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 yanvar tarixli 4 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №1, maddə 50) ilə təsdiq edilmiş "Məktəbə hazırlığın təşkili Qaydaları"nın 4-cü hissəsinin mətni aşağıdakı redaksiyada verilsin:
"4.1. Uşaqların məktəbə hazırlığının səmərəliliyini artırmaq üçün təlim məşğələlərində müxtəlifformalı inkişafyönlü didaktik oyunların tətbiqi prioritet hesab olunur.
4.2. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil edilir. O cümlədən:
Məşğələlər |
Kütləvi qruplarda |
Azsaylı xalqların uşaqlarından ibarət qruplarda |
Ətraf aləmlə tanışlıq |
1 |
1 |
Savad təliminə hazırlıq və nitq inkişafı |
2 |
4 |
Bədii təfəkkürün inkişafı |
1 |
1 |
Məntiqi və riyazi təfəkkürün inkişafı |
2 |
2 |
Təsviri fəaliyyət |
2 |
1 |
Musiqi |
2 |
1 |
Fiziki mədəniyyət |
2 |
2 |
4.3. Məktəbəhazırlıq qruplarında bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.".
Artur Rasi-zadə,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 11 oktyabr 2016-cı il
№ 404