Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün
2016-2017-ci dərs ilinə aid aşağıdakı tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin:
1.1. Ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr);
1.2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-IX sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr);
1.3. Ümumtəhsil məktəblərinin X-XI sinifləri üçün tədris planları (6, 7, 8 nömrəli əlavələr);
1.4. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (9, 10 nömrəli əlavələr);
1.5. Tədris planlarına dair “Qeydlər” (11 nömrəli əlavə).
2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Maliyyə şöbəsi (R.Orucov), tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
22 iyun 2016-cı il
№427
Əlavələr: