Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə işə qəbul üzrə müsabiqə elan edilir.
Müsabiqə psixoloq və laborant vəzifələri üzrə test imtahanı və müsahibə, katibə-makinaçı vəzifəsi üzrə isə yalnız müsahibə mərhələsi olmaqla keçiriləcəkdir.
✅Tələb olunan sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surəti (əgər varsa);
- təhsil haqqında sənədin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
Müsabiqədə iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri 23-25 fevral 2026-cı il tarixlərində saat 09:00-dan 18:00-a kimi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21) təqdim etməlidirlər.
Vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://docs.google.com/document/d/1yYmPqaCCtP4xA4pi_cxTiV-DNLnreO__KXyKeOX5EYE/edit?tab=t.0