01.12.2025

Mühasib vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Rayon Təhsil Sektorlarında hazırda vakant olan mühasib vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir. Müsabiqə iki mərhələdən (sənəd qəbulu və müsahibə) ibarətdir.

Namizədlər üçün tələblər:

- müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;

Peşəkar mühasib sertifikatı, 1C: mühasibatlıq proqram təminatı üzrə biliklərə malik, müvafiq vəzifə üzrə əmək stajı olan namizədlərə üstünlük veriləcəkdir.

Tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- təhsil haqqında sənədin və əlavəsinin surəti;

- kadrlar uçotunun şəxsi vərəqəsi (şəkilli və yazılı formada olmalıdır);

- tərcümeyi-hal;

- digər diplom və sertifikatlar (olduğu halda);

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 02-05 dekabr tarixlərində saat 09:00-dan 18:00-dək yuxarıda qeyd olunan sənədləri Dağlıq Şirvan  Regional Təhsil İdarəsində müvafiq  komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər. (Ünvan; Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21)

 


Açar sözlər: