Eksternat qaydada imtahanların keçirilməsi barədə elan
Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 18 noyabr 2025-ci il tarixdən 17 dekabr 2025-ci il saat 18:00-dək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir.
Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri yaşadıqları rayon üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər.
1. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Yaşayış yerindən arayış;
4. Fotoşəkil (3x4 ölçüdə-2 ədəd);
5.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;
6. Ümumi orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (9-cu sinif üzrə) müraciət edildiyi halda əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili, bitirdiyiniz sinif göstərilmiş arayışın surəti;
7.Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər.
Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. Aralıq imtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.
Əlavə sualı olan vətəndaşlar Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (“146-0-10”) əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.