Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən "İsmayıllı şəhəri internat tipli “Talıstan” liseyi”nə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir. Qeyd edək ki, müsabiqə yalnız müsahibə mərhələsindən ibarət olacaq.
Nəzərinizə çatdırırıq ki, hazırda İsmayıllı rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisəsində aktiv pedaqoji fəaliyyətlə məşğul olan, diaqnostik, MİQ və sertifikasiya imtahanında 85 faiz və daha yüksək nəticə göstərən təhsilverənlər müsahibə mərhələsinə buraxılır.
Müraciət etmək istəyən təhsilverənlər 27 avqust-03 sentyabr tarixlərində (iş günləri) saat 09:00-dan 18:00-a kimi Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhər, Şəhriyar küçəsi 21) yaxınlaşaraq müraciət edə bilərlər.
Tələb edilən sənədlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- əmək kitabçasının surət
- təhsil haqqında sənədin və əlavəsinin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi; (şəkilli və yazılı formada olmalıdır)
- tərcümeyi-hal;
Müsahibə zamanı namizədlərin peşəkarlıq və bilik səviyyəsi, psixoloji hazırlığı müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Seçim edilərkən namizədlərin müsahibə balı, iş təcrübəsi, şagird naliyyətləri və s. göstəriciləri nəzərə alınacaq.