Xidmətlər haqqında məlumat:
1. Rəqəmsal Tədris Resursları (RTR) siyasəti ilə bağlı beynəlxalq təcrübəni geniş və hərtərəfli təhlil etmək.
2. Məktəblilər üçün RTR-nin hazırlanması, yayılması və istifadəsi siyasətinin formalaşdırılmasına dair təkliflər vermək.
Namizədlərə verilən tələblər:
1. Təhsili: Namizəd təhsil, ictimai idarəetmə və ya informasiya-kommunikasiya texnologiyaları üzrə ali təhsilə malik olmalıdır. Tanınmış xarici ali məktəblərdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.
2. Təcrübəsi: Namizəd təhsil və ya RTR sahəsində iş təcrübəsinə malik olmalıdır. RTR siyasəti sahəsində tədqiqatlar aparmış, bu sahədə beynəlxalq təcrübəyə dair məlumatlı olan namizədlərə üstünlük veriləcəkdir.
3. Dil bilmə səviyyəsi: Namizəd Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməlidir.
Müraciət forması: Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər öz tərcümeyi-halını (CV) 26.05.2017-cı il tarixədək elxan.aliyev@edu.gov.az e-poçtuna göndərə bilərlər.
Əlavə məlumatları iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:
Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi
Əlaqələndirici şəxs: Elxan Əliyev
Əlaqə telefonları: (+ 994 12) 599-11-55 (daxili: 5279)
E-poçt: elxan.aliyev@edu.gov.az