Novruzov Rahim Ramiz oğlu 26 may 1980-ci ildə Şamaxı rayonunun Sündü kəndində anadan olub.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin “Filologiya” fakültəsində "Azərbaycan dili və ədəbiyyat" müəllimi ixtisası üzrə ali təhsil alıb.
Təhsilin idarə edilməsi və tədrisin keyfiyyətinin artırılması üzrə müxtəlif beynəlxalq və yerli təlimlərdə iştirak edərək sertifikatlar alıb.
2001-2004-cı illərdə Qobustan Rayon Təhsil Şöbəsində metodist, 2006-2012-ci illərdə Bakı şəhər 306 nömrəli tam orta məktəbdə müəllim, 2012-2013-cü illərdə Qobustan rayon 1 nömrəli tam orta məktəbdə direktor, 2013-2016-cı illərdə Bakı şəhərində müxtəlif məktəblərdə müəllim, 2016-2017-ci illərdə Bakı şəhər 169 nömrəli tam orta məktəbdə, 2017-2022-ci illərdə isə Bakı şəhər 12 nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışıb.
2021-2022-ci illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində məktəb inspektoru kimi fəaliyyət göstərib.
2022-2024-cü illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində Abşeron-Xızı rayonları üzrə təhsil sektorunun müdiri vəzifələrində çalışıb.
2024-2025-ci illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin “Tədrisin keyfiyyəti” sektorunun müdiri vəzifəsində çalışıb.
22 aprel 2025-ci il tarixdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Rahim Novruzov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini təyin edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var.