Ramin Əfsər oğlu Abasov Müdir

 Abasov Ramin Əfsər oğlu 06 iyul 1977-ci ildə  Masallı rayonunun Mollaoba kəndində anadan olmuşdur.

1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Təhsilin təşkili və idarə edilməsi” ixtisası üzrə magistratura təhsili alıb.

2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb.

2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində müdir müavini olaraq fəaliyyət göstərib.

2022-2025-ci illərdə Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışıb.

22 aprel 2025-ci il tarixdə Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Ramin Abasov Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.