13.03.2026

Qobustan rayonunda məktəb direktorları ilə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini Rahim Novruzov, Tədrisin keyfiyyəti sektorunun müdiri Cəmil Muradov və Qobustan rayonu üzrə təhsil sektorunun müdiri Anar Osmanovun iştirakı ilə Qobustan rayonunda ümumtəhsil müəssisələrinin direktorları ilə  görüş keçirilib. Görüş zamanı məktəblərdə tədrisin keyfiyyətinin artırılması, idarəetmənin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Müzakirələrdə keyfiyyət planlanında nəzərdə tutulan istiqamətlər üzrə fəaliyyətlər müzakirə edilmiş və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, IV və VI sinif monitorinqləri, eləcə də IX və XI sinif buraxılış imtahanları üzrə nəticələrin yaxşılaşdırılması, zəif şagirdlərlə və istedadlı şagirdlərlə işin düzgün qurulması, məktəblərdə KSQ və BSQ nəticələrinin düzgün təhlili, məktəblərdə müəllim peşəkarlığının və valideyn məmnunluğunun artırılması, tərbiyə işinin gücləndirilməsi, keyfiyyət üzrə hesabatlılığın aparılması və növbəti tədris ili üçün planlaşdırma istiqamətləri üzrə müzakirələr aparılmışdır.

Həmçinin Daxili Keyfiyyət Təminatı Sistemi üzrə onlayn hesabatlılıq sisteminə daxil olan 8 müəssisənin fəaliyyəti də təhlil edilmişdir.

Görüş zamanı məktəblərin fəaliyyətinin daha səmərəli təşkili, təhsil keyfiyyətinin yüksəldilməsi və qarşıya qoyulan hədəflərə nail olunması üçün konkret tapşırıqlar və tövsiyələr verilib.


Açar sözlər: