Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə növbəti dəfə İsmayıllı rayonunda məktəb-ailə əməkdaşlığının gücləndirilməsi məqsədilə "Qloballaşan dünyada məktəb-şagird-valideyn münasibətlərinin tənzimlənməsi: qarşıda duran vəzifələr, problemlər və onların həlli yolları", eləcədə "Uşaqlarımızı necə tərbiyə edək" mövzularında valideyn konfransı keçirilib.
Konfransda Yeni Azərbaycan Partiyası İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş qrupunun əməkdaşı polis mayoru Rahim Orucov, İsmayıllı Rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər və valideynlər iştirak etmişdir.
Konfrans zamanı qeyd edilən mövzularda müzakirələr aparılıb, valideynlərin sualları cavablandırılıb, mövzular üzrə tövsiyələr verilmişdir.
Qeyd edək ki, bu formada keçirilən konfransların əsas məqsədi məktəb və ailə arasında əlaqələrin gücləndirilməsi, valideyn iştirakçılığının təşviqi və uşaqların hərtərəfli inkişafına dəstək olmaqdır.
Konfranslar region üzrə digər rayonlarda da davam etdiriləcək.