Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil idarəsinin müdiri Ramin Abasov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin müdiri səlahiyyətlərini icra edən Şəhriyar Soltan, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin kollektivi və idarənin tabeliyində fəaliyyət göstərən Rayon Təhsil Sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitələrinin sədrləri, məktəb direktorları, bağça müdirləri və müəllimlər iştirak etmişlər.
Tədbirdə ilk öncə Şamaxı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət olan və Ulu öndərə həsr edilən rəsm əsərlərindən təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.
Tədbirin bədii hissəsində Şamaxı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri Ulu öndərə həsr edilən şerlər səsləndirmiş və onun sevdiyi mahnıları ifa etmişlər.
Daha sonra çıxış edən natiqlər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açmışlar.