17.12.2025

Valideyn konfransları təşkil edilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə ilk olaraq Ağsu rayonunda məktəb-ailə əməkdaşlığının gücləndirilməsi məqsədilə "Məktəb və ailə arasında etimad, məsuliyyət və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi", "Erkən nigahların qarşısının alınmasında valideynlərin maariflənməsinin rolu", "Uşaqların sosial, emosional və idrak inkişafını dəstəkləyən təcrübə və təşəbbüslərin mübadiləsi" mövzularında  valideyn konfransı keçirilib.

Konfransda Ağsu Rayon Təhsil Sektorunun müdiri Ramin Mahmudov, Ağsu Rayon İcra Hakimiyyətinin əməkdaşı İzay İnayətov, Sosial Xidmətlər Agentliyinin əməkdaşı Şalan Novruzov, Ağsu Rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları və valideynlər iştirak etmişdir.          

Konfrans zamanı qeyd edilən mövzularda müzakirələr aparılıb, valideynlərin sualları cavablandırılıb, mövzular üzrə tövsiyələr verilmişdir.

Qeyd edək ki, bu formada keçirilən konfransların əsas məqsədi məktəb və ailə arasında əlaqələrin gücləndirilməsi, valideyn iştirakçılığının təşviqi və uşaqların hərtərəfli inkişafına dəstək olmaqdır.

Konfranslar region üzrə digər rayonlarda da davam etdiriləcək.