20.11.2025

Müəllimlərə tətil müddətində təlimlər keçirilib

Müəllimlərə tətil müddətində təlimlər keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon təhsil sektorları üzrə ümumtəhsil müəssisələrində ibtidai sinif (IV sinif), eləcə də VI sinifdə ana dili, riyaziyyat, təbiət və IX sinifdə ana dili, riyaziyyat və xarici dil fənn müəllimlərinin peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə payız tətili dövründə rayon üzrə peşəkar müəllimlər tərəfindən "Kurikulumun məqsədlərinə əsaslanan dərs planlaşdırması, qiymətləndirmə mexanizmlərinin səmərəliliyinin artırılması, sinif mühitinin idarə olunması və öyrənməni təşviq edən yanaşmalar" mövzuları üzrə təlimlər təşkil olunub.

Qeyd edək ki, bu təlimlər müəllimlərimizin dərs prosesində innovativ metodlardan istifadəsini artırmaq, şagird mərkəzli tədris mühitini gücləndirmək və ümumi tədris keyfiyyətinin yüksəldilməsinə dəstək olmaq məqsədi daşıyır.