30.10.2025

İdarə müdiri Ağsu rayonunda məktəb direktorları ilə görüşüb

Görüşdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abbasov və müdir müavini Rahim Novruzov tərəfindən 2025/2026-cı tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icra vəziyyəti, məktəbin illik Fəaliyyət Planının icrası və hesabatlılığın təmin edilməsi, məktəb sənədlərinin vaxtında və düzgün işlənilməsi, eləcə də Daxili Keyfiyyət Təminatı Sistemi çərçivəsində həyata keçirilən işlər barədə çıxışlar edilmişdir.

Çıxışlarda xüsusilə tədrisin keyfiyyətinin artırılması, öyrənmə, öyrətmə və qiymətləndirmə proseslərinin səmərəliliyinin yüksəldilməsi, həmçinin məktəb rəhbərliyi tərəfindən dərsdinləmələrin mütəmadi və məqsədyönlü aparılması məsələlərinə diqqət yönəldilmişdir.

Daha sonra idarənin Tədrisin Keyfiyyəti Sektorunun müdiri səlahiyyətlərini icra edən Cəmil Muradov məktəblərdə şagirdlərin olimpiada və müsabiqələrdə iştirakının genişləndirilməsi istiqamətində fəaliyyətin təşkilinə nəzarət edilməsini məktəb rəhbərlərinin diqqətinə çatdırmışdır.

Sonda Ağsu rayonu üzrə təhsil sektorunun müdiri Ramin Mahmudov çıxış edərək qeyd olunan məsələlərin icrasının 2025/2026-cı tədris ilində yüksək səviyyədə təmin ediləcəyini bildirmişdir.

Görüş zamanı məktəb direktorlarına bir daha Keyfiyyət Fəaliyyət Planının icrasına və digər məsələlər üzrə görülən işlərə daha məsuliyyətlə yanaşmaları tapşırılmışdır.