03.11.2025

Qobustan rayonunda məktəb direktorları ilə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasovun Qobustan rayonunda məktəb direktorları ilə növbəti işgüzar görüşü keçirilib.

Görüşdə idarənin müdir müavini Rahim Novruzov, İnzibati təşkilat sektorunun müdiri Aysel Sadıqova və Tədrisin keyfiyyəti sektorunun müdiri səlahiyyətlərini icra edən Cəmil Muradov da çıxış ediblər.

Görüşdə 2025/2026-cı tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrası, tədrisin və qiymətləndirmənin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daxili keyfiyyət təminatı işlərinin gücləndirilməsi və rəhbərliyin məsuliyyətinin artırılması istiqamətləri müzakirə olunub.

Daha sonra Qobustan rayonu üzrə təhsil sektorunun müdiri Tahir Səbzalıyev çıxış edərək qarşıdakı dövrdə fəaliyyətlərin daha səmərəli və məqsədyönlü şəkildə davam etdiriləcəyini bildirib.

Görüşün sonunda məktəb direktorlarına Keyfiyyət Fəaliyyət Planının icrasına və digər fəaliyyət istiqamətlərinə daha məsuliyyətlə yanaşmaları tövsiyə olunub.