18.11.2025

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi keçirilib

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi keçirilib

‎17-18 noyabr tarixlərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

‎Müsahibəyə test imtahanı mərhələsinin nəticələrinə əsasən ən yüksək bal toplayan 21 nəfər namizəd dəvət olunub.

‎Müsahibə zamanı namizədlərin peşə keyfiyyətləri və psixoloji vəziyyəti müvafiq komissiya tərəfindən qiymətləndirilib.