Dağlıq Şirvan Regional İdarəsi tərəfindən İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr edilən tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Yeni Azərbaycan Partiyasının İsmayıllı Rayon Təşkilatının sədri Zaur Muradov, Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və idarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorların əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etmişdir.
Tədbirdən öncə İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Zəfər gününə həsr edilmiş əl işlərindən ibarət sərgiyə tamaşa edilmişdir.
Daha sonra tədbirdə İsmayıllı rayon ümumtəhsil məktəblərinin və İsmayıllı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən böyük zəfərimizə həsr edilən şer və mahnılar səsləndirilmiş, ədəbi-bədii kompozisiyalar təqdim edilmişdir.
Tədbirin sonunda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov çıxış edərək Zəfər günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu böyük Zəfərin memarı və qurucusu Müzəffər Ali Baş komandan cənab prezident İlham Əliyev olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Həmçinin bu parlaq qələbənin qazanılması üçün canlarını fəda verən qəhrəman şəhidlərimizin, eləcədə qazilərimizin heç vaxt unudulmayacağını bildirmişdir.
Hər il 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi qeyd edilir. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.
Qeyd edək ki, Zəfər günü ilə əlaqədar idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində silsilə tədbirlər davam etdirilir.