Şamaxı şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində "Bilik günü" tədbiri keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri Çapay Məmmədov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, idarənin əməkdaşları, şəhid ailə üzvləri, müəllimlər və şagirdlər iştirak etmişdir.
Çıxış edən qonaqlar yeni tədris ilinin başlanması münasibətilə məktəbin kolektivini, xüsusilə birinciləri təbrik edərək, onlara uğurlar arzulamışlar.