15.09.2025

Ümumtəhsil müəssisələrində "Bilik günü" tədbirləri keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki bütün ümumtəhsil müəssisələrində "Bilik günü" ilə bağlı tədbirlər keçirilib.

Tədbirlərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin, Rayon Təhsil Sektorlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, müəllimlər, məzunlar, valideynlər və şagirdlər iştirak etmişlər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edən müəssisə rəhbərləri yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıblar.


Açar sözlər: ,