22.09.2025

"Əlaçı" televiziya layihəsinin seçim turu keçirilib.

Sentyabr ayının 20-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 117 nəfər X sinif şagirdi və 119 nəfər XI sinif şagirdi olmaqla ümumilikdə 236 nəfər şagird "Əlaçı" televiziya layihəsinin seçim turunda iştirak edib.

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq tipli suallar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin yekununa əsasən, ən yüksək nəticə göstərən şagirdlər "Əlaçı" televiziya layihəsinin 22-ci mövsümünün çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.