7-10 oktyabr 2025-ci il tarixlərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində PISA-nın (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) iqlim savadlılığı sahəsi üzrə pilot mərhələsi həyata keçirilib.
Qiymətləndirmədə idarənin tabeliyində fəaliyyət göstərən 4 ümumtəhsil məktəbindən 96 nəfər şagird iştirak edib.
Qeyd edək ki, pilot qiymətləndirmə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüs əsasında, PISA 2029 dövründə iqlim savadlılığı üzrə yeni səriştə əsaslı qiymətləndirmənin tətbiqini nəzərdən keçirməsi fonunda həyata keçirilib.