Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IV, VI və IX sinif şagirdləri üçün diaqnostik qiymətləndirmə keçirilib.
Diaqnostik qiymətləndirmənin keçirilməsində əsas məqsəd təlim nəticələri zəif olan şagirdləri müəyyənləşdirmək və onların fərdi inkişafını təmin etmək üçün fəaliyyət planlarının hazırlanmasıdır.