25.09.2025

Yeni işə qəbul olunan müəllimlərlə görüş keçirilib

Sentyabrın 25-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov bu il müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq idarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə təyin edilən müəllimlərlə görüş keçirib.

‎Görüşdə idarə müdirinin müavini Rahim Novruzov, idarənin əməkdaşları, rayon təhsil sektorlarının müdirləri iştirak etmişdir.

‎Tədbirdə çıxış edən Regional İdarə müdiri Ramin Abasov işə yeni qəbul olunmuş müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdarə müdiri son illərdə təhsilverənlərin əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edib.  Həmçinin cari tədris ili üçün ümumi təhsil pilləsi üzrə hədəflər yeni təyin edilən müəllimlərin diqqətinə çatdırılıb.

‎Qeyd edək ki, bu il Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinə  müəllimlərin işə qəbul imtahanında uğur qazanan 175 nəfər müəllim kimi işə təyin edilmişdir.


Açar sözlər: ,  ,