Əməkdar müəllim Qalib Bəşirovun 70 illik yubileyi qeyd edilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsində Əməkdar müəllim, "Heydər Əliyevin 100 illiyi yubiley medalı ilə təltif edilmiş Bəşirov Qalib Zakir oğlunun 70 illik yubileyi qeyd edilib.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi, idarənin tabeliyində fəaliyyət göstərən Rayon Təhsil Sektor müdirləri, ATİAHİ-nın rayon komitə sədrləri, Regional İdarənin əməkdaşları, İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri iştirak etmişlər.
Yubiley tədbirində çıxış edən əməkdaşlar Qalib müəllimi 70 illik yubileyi münasibətilə təbrik edərək, onun həyat fəaliyyəti, qabaqcıl təhsil işçisi və yüksək idarəetmə qabiliyyətinin olması haqqında xatirələrini bölüşmüşlər.
Qeyd edək ki, Qalib Bəşirov 1986-ci ildən İsmayıllı şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbində direktor vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi dövrlərdə məktəb yüksək nəticəsi ilə seçilmiş, məzunlardan çoxlu sayda yüksək balla ali məktəblərə qəbul, olimpiada və digər müsabiqə qalibləri olmuşdur.
Qalib müəllimi 70 illik yubileyi münasibətilə təbrik edir, ona sağlam və uzun ömür arzulayırıq.