18.08.2025

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi

Avqustun 18-də Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant olan Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Şamaxı şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunan imtahanda 27 nəfər namizəd iştirak edib.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbərliyi imtahan mərkəzində olaraq prosesi izləyiblər.

İmtahan zamanı namizədlərə 60 dəqiqə müddətində 30 qapalı test tapşırığı təqdim olunub. Test imtahanında uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət ediləcəklər.

Qeyd edək ki, ilk dəfə olaraq Regional İdarə tərəfindən işə qəbul imtahanı MİQ mərkəzində kompüter əsaslı onlayn formatda keçirilib. Bildiririk ki, növbəti işə qəbul müsabiqələrinin də kompüter əsaslı onlayn formatda keçirilməsi nəzərdə tutulur.