01.07.2025

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan və 2025-ci ildə  keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində müvafiq keçid balını toplamayan müəllimlərlə görüşlər başlayıb.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən təkrar sertifikatlaşdırma prosesi zamanı uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiya yaradılıb. Komissiyaya müraciət edən müəllimlərlə görüşlər 01-31 iyul 2025-ci il tarixlərində həftənin I-V günləri saat 14:00-dan 17:00-dək Dağlıq Şirvan RTİ-də keçiriləcək.  Bu müddət ərzində təkrar sertifikatlaşdırmada uğur qazanmayan müəllimlərlə görüşlərdə onların ailə tərkibi və sosial  vəziyyəti təhlil olunacaq, prioritetlər üzrə müvafiq qeyri-pedaqoji vakansiyalara uyğunluq meyarları müəyyənləşdiriləcək.

Komissiyaya müraciət edən müəllimlər şəxsiyyət vəsiqəsi, diplom və əmək kitabçasının surətlərini, həmçinin müvafiq sosial statusu təsdiq edən sənədləri təqdim etməlidirlər.