Dağlıq Şirvan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, şəhid övladları, təhsil müəssisələrində təhsil alan şagirdlər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edən şəxslər 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edərək, onlara həmişə dövlətimiz tərəfindən yüksək səviyyədə diqqət və qayğının olmasını bildirmişlər.
Daha sonra idarənin tabeliyində fəaliyyət göstərən təhsil müəssislərində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmiş, onların ifasında rəqs və musiqi nömrələri ifa edilmişdir.