Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərdə təhlükəsizlik tədbirləri ilə bağlı təlimatının tələblərinə uyğun olaraq pedaqoji şuralar keçirilir.
Pedaqoji şuralarda məktəb rəhbərlikləri, müəllimlər, psixoloqlar, Rayon Polis Şöbələrinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektorları və valideynlər iştirak edirlər.
Pedaqoji şuraların keçirilməsinin əsas məqsədi şagirdlərin təhlükəsizliyi ilə əlaqəli tədbirləri artırmaq və onların pis vərdişlərdən uzaq olması üçün müxtəlif maarifləndirmə işlərinin həyata keçirilməsidir.