13.02.2024

2023-cü ildə keçirilən sertifikasiya prosesində uğursuz nəticə göstərən müəllimlərlə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev Regional İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan və 2023-cü ildə keçirilən sertifikasiya prosesində uğursuz nəticə göstərən ibtidai sinif, eləcə də Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüşüb.

 

Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə Dağlıq Şirvan RTİ-nin əməkdaşları, Rayon Təhsil Sektorunun müdirləri, əməkdaşları və təlimçi müəllimlər iştirak ediblər.

 

Dağlıq Şirvan RTİ-nin müdiri, əməkdaşları və təlimçi müəllimlər tərəfindən sertifikasiya prosesinin məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər haqqında geniş məlumat verilib. Həmçinin onlara bu il yenidən iştirak edəcəkləri imtahan prosesinə daha ciddi şəkildə hazırlaşmaları onların diqqətinə çatdırılıb.

 

Qeyd edək ki, ümumilikdə Dağlıq Şirvan Regional İdarəsi üzrə 292 nəfər ibtidai sinif, həmçinin Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiya prosesində uğursuz nəticə göstərib.

 

Görüşün sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,  ,