25.01.2024

Yeni təyin edilən tərbiyəçi-müəllimlərlə görüş keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test və müsahibə mərhələsindən uğurla keçərək körpələr evi uşaq bağçalarına təyin edilən əməkdaşlarla görüşüb.

 

Regional İdarə müdiri yeni təyinatları münasibətilə gəncləri təbrik edərək, onlara bir çox tapşırıqlar vermiş, həmçinin işlərində məsuliyyətli olmalarını onların diqqətinə çatdırmışdır.


Açar sözlər: ,  ,